Nostradamusun şok PROQNOZU: 2025-ci ildə müharibələr...

Daha çox Nostradamus kimi tanınan fransız astroloq və görücü Mişel de Nostradamusun proqnozları çoxlarını heyrətə gətirir.
Ajans.az xəbər verir ki, onun 1555-ci ildə yazdığı “Peyğəmbərliklər” əsərində sirli sözlər öz əksini tapıb və indiki bir çox hadisələri proqnozlaşdırır.
O, dünya müharibələrini, müasir texnoloji təkmilləşdirmələri əvvəlcədən bilirdi və hətta ötən ilin dekabrında Yaponiyada baş verən zəlzələni də proqnozlaşdırmışdı. 2025-ci ilin Yeni il ərəfəsində astroloq yenidən populyarlıq qazanıb.
Beləliklə, Nostradamus öz qeydlərində gələn il İngiltərənin amansız müharibələrini və Krallıqda vəbanın geri dönəcəyini, tibbi nailiyyətləri və Ukraynada xüsusi hərbi əməliyyatın bitəcəyini proqnozlaşdırıb.
Münəccim yazıb ki, əsas münaqişə 2024-cü ildə davam edəcək, lakin 2025-ci ildə onun tərəfləri yorulacaq və “sülh üçün səy göstərməyə məcbur olacaq”. O, həmçinin tərəflərdən birinin, yəni Ukrayna ordusunun “əsgərlər üçün pul”un tükənəcəyini proqnozlaşdırıb.