Nəzrinin həyat yoldaşı ilk dəfə danışdı - Video

Nəzrinin həyat yoldaşı ilk dəfə
Nəzrin
Gündəm 14-01-2025 - 09:30

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın ölümü ilə bağlı bəzi detallar məlum olub.

Ajans.az İTV-yə istinadən xəbər verir ki, ailəsinin iddiasına görə, Nəzrin əməliyyatdan sonra beyin sümüyündə yaranan çatdan ölüb:

"Əgər o çat əvvəllər olsaydı, Nəzrin çoxdan vəfat edərdi. O çat ancaq əməliyyat zamanı əmələ gələ bilər. Əlimizdə İsrailin təsdiqlədiyi rəsmi, möhürlü sənədimiz var. Orada alın sümüyündə çatın olması və qırıntıların oraya dolması açıq-aşkar qeyd olunub", - deyə mərhumun həyat yoldaşı Fərid Mansurlu bildirib.

Qeyd edəki ki, o, yanvarın 3-də "Mərcan Medicare" klinikasında burnundan əməliyyat olunub. Daha sonra xanımın beynində fəsad yaranıb və komaya düşüb. "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilən N.Mansurova süni tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb.

Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib. Sözügedən klinikada ikinci eyni hadisə isə 30 yaşlı Nəzrin Mansurovanın başına gəlib.

Xatırladaq ki, onun həkimi Sənan Mehdiyev olub.

Ətraflı süjetdə:

PAYLAŞ: