Reklam resmi
Reklam resmi

Qalmaqalla gündəmə gələn müğənni səhnədə yıxıldı - VİDEO

Qalmaqalla gündəmə gələn müğənni səhnədə yıxıldı - VİDEO
Şou Biznes

Amerikalı müğənni Oliviya Rodriqo Avstraliyanın Melburn şəhərində konserti zamanı səhnənin altına yıxılıb.

Ajans.az xəbər verir ki, hadisənin videosunu “Guardian” nəşri dərc edib.

Sənətçi mahnılarından birini ifa etməyə hazırlaşarkən yerdəki dəliyi görməyib və bir neçə saniyə gözdən itib. Lakin o, tez səhnəyə qayıdıb və yıxılmasını yumorla şərh edib.

Qeyd edək ki, Rodriqo tez-tez qəribə hadisələrlə gündəmə gəlir. Bundan əvvəl də ABŞ-dəki konsertdə prezervativ paylaması marağa səbəb olmuşdu.

author picture
Ajans_az Muxbir

Digər Xəbərlər