Reklam resmi
Reklam resmi

Cənubi Qafqaz üçün qorxunc ssenari: 100 illik imperiya yenidən DİRÇƏLİR

Cənubi Qafqaz üçün qorxunc ssenari: 100 illik imperiya yenidən DİRÇƏLİR
Dünya
3280

Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Boris Çernışov Vladimir Jirinovskinin 2025-ci ilə qədər Rusiya dünyasının SSRİ sərhədləri daxilində birləşməsini proqnozlaşdırdığı arxivindən əldə olunan məlumatları bölüşüb.

Ajans.az-ın xəbərinə görə, Çernışov qeyd edib ki, Jirinovski öz fikirlərini kiçik vərəqlərə yazıb və onları gələcək nəsillər üçün diqqətlə saxlayıb.

Çernışovun sözlərinə görə, Jirinovski 2040-cı ilə qədər slavyan dünyasının mümkün birləşməsini də qeyd edib. O, Jirinovskinin proqnozlarının aktuallaşdığını və hətta onun müdrikliyini və təhsilini tanıyan skeptikləri də maraqlandırdığını vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Jirinovskinin bir çox proqnozlarının gerçəkləşdiyini bəyan edərək, bunların ölkədə baş verən hadisələrin dərin təhlilinə əsaslandığını vurğulayıb.

author picture
Ajansaz Muxbir

Digər Xəbərlər