Reklam resmi
Reklam resmi

Səudiyyə Ərəbistanının iki vətəndaşı Oğuzda avtomobil qəzasına DÜŞDÜ

Səudiyyə Ərəbistanının iki vətəndaşı Oğuzda avtomobil qəzasına DÜŞDÜ
Cəmiyyət

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ajans.az "report"a istinadən xəbər verir ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

author picture
Ajans_az Muxbir

Digər Xəbərlər