Reklam resmi
Reklam resmi

Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər SAXLANILDI

Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər SAXLANILDI
Hadisə

Ölkə ərazisinə narkotik vasitələri keçirməyə cəhd edən şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ajans.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılmışdır.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində 26 dekabr tarixində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İmişli rayon sakini 1988-ci il təvəllüdlü Cəfərov Miraslan Mustafa oğlu və 1995-ci il təvəllüdlü Lənkəran rayon sakini Əlizadə Ruslan Əvəz oğlu şübhəli şəxs qismində saxlanılmış, ümumi çəkisi 8 kiloqram 886 qram narkotik vasitə (8 kiloqram 450 qram marixuana, 436 qram heroin) və 14 ədəd narkotik tərkibli metadon M - 40 həbi aşkar olunaraq götürülmüşdür.

Mövzular:
narkotik şəxs tutulma

Digər Xəbərlər