Reklam resmi
Reklam resmi

Dəhliz həm İran, həm də Ermənistan ərazisindən keçə bilər - Nazir

Dəhliz həm İran, həm də Ermənistan ərazisindən keçə bilər - Nazir
Siyasət

Azərbaycanın şərq rayonlarından Naxçıvana nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan ərazisindən keçə bilər.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu "Kanal7"yə müsahibəsində bildirib.  

“Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ dəhlizdir. Bu da onun imkanlarını artıracaq. Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfinin mühüm hissələri tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində 224 km-lik tender keçirmişik, sonra tikintiyə başlayacağıq”, - deyə, Türkiyə nümayəndəsi bildirib.

Nazirin sözlərinə görə, yaxın gələcəkdə onlar Azərbaycandan keçən ən qısa dəhlizlə türk dünyasına qoşulacaq.

author picture
Ajans_az Muxbir
Mövzular:
Naxçıvan dəhliz Ermənistan İran

Digər Xəbərlər