Reklam resmi
Reklam resmi

Ərdoğan Ursula fon der Leyenlə görüşündə nələri müzakirə edib?

Ərdoğan Ursula fon der Leyenlə görüşündə nələri müzakirə edib?
Dünya

Ankara Avropa İttifaqının (Aİ) dekabrda keçiriləcək sammitindən sonra Brüssellə dialoqun tam bərpasını gözləyir.

Ajans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə danışıqlardan sonra mətbuat konfransı zamanı deyib.

Türkiyə liderinin vurğuladığı kimi, o, Aİ-nin qarşıdan gələn sammitində Türkiyə ilə Aİ arasında qarşılıqlı fəaliyyətdə məhdudiyyətləri aradan qaldıracaq bir sıra qərarların qəbul ediləcəyinə böyük ümid edir.

“Ümid edirəm ki, bu qərarlar dialoqun bərpası kontekstində gözləntilərimizə cavab verəcək”, - deyə ölkə prezidenti bildirib.

Ərdoğan həmçinin vurğulayıb ki, Ankara ilə Brüssel arasında əlaqələr Türkiyə-Aİ sammitindən sonra lazımi yüksək səviyyəyə qalxa biləcək.

author picture
Ajans_az Muxbir
Mövzular:
Ərdoğan Sammit Ursula fon der Leyen Görüş

Digər Xəbərlər