Reklam resmi
Reklam resmi

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə MƏZUN OLDULAR

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə MƏZUN OLDULAR
Dünya

Türkiyədə Çankırı şəhərində Xüsusi Təyinatlı Polis Təlim Mərkəzinin 65-ci buraxılışı keçirilib.

Ajans.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Mərasim Türkiyə İstiqlal Marşı və Azərbaycan himninin oxunması ilə başlayıb.

Tədbirdə 29-u azərbaycanlı olmaqla ümumilikdə 223 xüsusi təyinatlı polis and içərək xidmətə başlayıb.

Təlim kursunu uğurla tamamlayan 10 məzuna xüsusi nişanlar və sertifikatlar təqdim edilib.

Mövzular:
Türkiyə Xüsusi Təyinatlı Polis Təlim

Digər Xəbərlər