Güclü külək ağacı sındırdı: Qadın altında QALDI
Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində iyulun 28-i səhərədək 48 ağac aşıb, 63 budaq sınıb.
Ajans.az xəbər verir ki, sınan budaqlardan biri küçədə hərəkət edən qadının üzərinə düşüb. Səhiyyə Nazirliyinin məlumatına görə, qadına sağ qol sümüyünün sınığı diaqnozu qoyulub, tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Mövzular: