Reklam resmi
Reklam resmi

İstanbulda binada partlayış - Ölən və yaralılar var

İstanbulda binada partlayış - Ölən və yaralılar var
Dünya

İstanbulun Beylikdüzü bələdiyyəsindəki 14 mərtəbəli binanın birinci mərtəbəsində güclü partlayış baş verib. 

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Partlayışa səbəb təbii qaz sızması olduğu bildirilib.

İstanbul Valiliyi partlayışda 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.

Yaralılar yanğınsöndürənlər tərəfindən xilas edilib.

Daha sonra isə, hadisə yerində olan həkim briqadaları tərəfindən göstərilən ilkin tibbi yardımdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Mövzular:
İstanbul Türkiyə bina partlayış

Digər Xəbərlər