Reklam resmi
Reklam resmi

Azərbaycanın dövlət büdcəsində TARİXİ REKORD

Azərbaycanın dövlət büdcəsində TARİXİ REKORD
İqtisadiyyat

2025-ci ilin dövlət büdcəsinin icrası Azərbaycanın müstəqillik tarixində rekord göstəricilərlə yadda qalıb. Dövlət büdcəsinin gəlirləri 39,2 milyard, xərcləri isə 38,6 milyard manat təşkil edib.

Ajans.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən il dövlət büdcəsinin gəlirləri 39,2 milyard manata çataraq müstəqillik tarixində ən yüksək göstərici olub. Eyni zamanda dövlət büdcəsinin xərcləri də rekord həddə - 38,6 milyard manata yüksəlib.

V.Gülməmmədov qeyd edib ki, dövlət büdcəsinin icrasına dair qanun layihəsi parlamentdə geniş müzakirə olunub və Hesablama Palatasının rəyi millət vəkilləri tərəfindən müzakirələr zamanı əsas istinad sənədlərindən biri olub.

Mövzular:
Hesablama Palatası Dövlət büdcəsi

Digər Xəbərlər