“Intel”in gəlirləri 25 faiz artıb
Çip və prosessor istehsalçısı “Intel” ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.
Məlumata görə, şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 16,1 milyard dollara çatıb.
“Intel”in səhm başına mənfəəti 42 sent olub.
Mövzular: