Reklam resmi
Reklam resmi

Şəmkirdə bıçaqlanan qız xəstəxanada ÖLDÜ

Şəmkirdə bıçaqlanan qız xəstəxanada ÖLDÜ
Hadisə

Şəmkirdə bıçaq xəsarəti alan yeniyetmə qız xəstəxanada ölüb.

Ajans.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır. (apa)

Mövzular:
Şəmkir bıçaq yeniyetmə qız xəsarət

Digər Xəbərlər