Reklam resmi
Reklam resmi

Messi onların rekordunu geridə qoydu

Messi onların rekordunu geridə qoydu
İdman

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi Dünya Çempionatının pley-off mərhələsində 15 oyun keçirən tarixdəki ilk futbolçu olub.

Ajans.az xəbər verir ki, bu barədə FİFA özünün “X” hesabında məlumat yayıb.

Sayca 15-ci oyun İsveçrəyə qarşı keçirilən və Argentinanın 3:1 hesablı qələbəsi ilə başa çatan Dünya Çempionatı matçı olub.

Bununla da Messi turnirin pley-off mərhələsində 14 oyun keçirmiş keçmiş alman hücumçu və 2014-cü il Dünya Çempionatının qalibi Miroslav Klozenin rekordunu geridə qoyub.

Mövzular:
Messi rekord futbol idman

Digər Xəbərlər