Reklam resmi
Reklam resmi

Almaniya hərbi gücə çevrilmək yolundadır

Almaniya hərbi gücə çevrilmək yolundadır
Dünya

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Almaniyanın mühüm hərbi gücə çevrilmək yolunda olduğunu bildirib.

Ajans.az xəbər verir ki, bu barədə o, "Der Spiegel" jurnalına müsahibəsində deyib.

"Bu, düzgün istiqamətdir və mən bunu alqışlayıram", – deyə Stoltenberq Almaniyanın NATO-da yeni rol qazanacağı ilə bağlı fikirlərə münasibət bildirərkən qeyd edib.

O xatırladıb ki, vaxtilə Almaniya müdafiə xərclərinə görə ABŞ, Böyük Britaniya və Fransadan sonra dördüncü yerdə idi.

"Bu vəziyyət köklü şəkildə dəyişib. Almaniya mühüm hərbi gücə çevrilmək yolundadır", – deyə Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, bu transformasiyada Almaniyanın müdafiə naziri Boris Pistoriusun da mühüm rolu olub.

Mövzular:
NATO Yens Stoltenberq Almaniya Hərbi güc

Digər Xəbərlər