Əks-hücumlar fəlakət idi - Ceyms Di Vens
ABŞ vitse-prezidenti Ceyms Di Vens 2023-cü ilin yayında Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatını "strateji və taktiki fəlakət" adlandırıb.
Ajans.az xəbər verir ki, o, bu açıqlamanı "Times" qəzetinə verdiyi açıqlamada deyib.
"2023-cü ilin yayını xatırlayırsınızsa, əsas müzakirə Ukraynanın böyük əks-hücuma başlayıb-başlamaması idi. İndi geriyə baxanda aydın olduğu kimi, bu, strateji və taktiki fəlakətə çevrildi, baxmayaraq ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden də daxil olmaqla, demək olar ki, bütün Qərb dünyası ukraynalıları buna məcbur edirdi", - deyə o bildirib.
Mövzular: