"Qalatasaray" "Arsenal"ın kapitanını transfer etmək istəyir
"Arsenal"ın kapitanı Martin Edeqor karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. "Qalatasaray" norveçli yarımmüdafiəçini transfer etmək istəyir.
Ajans.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhənginin rəhbərliyi Edeqorun meneceri Byorn Kvarme ilə müzakirələr aparıb. Danışıqların müsbət istiqamətdə getdiyi bildirilir.
Mövzular: