Aİ Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir - Ursula fon der Lyayen
Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir.
Ajans.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən bildirib.
"Mənim məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir", - Avropa Komissiyasının rəhbəri deyib.
O, həmçinin Azərbaycanı Ermənistanla sülh prosesinin nəticələri münasibətilə təbrik edib.
"Aİ Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir", - o əlavə edib.
Mövzular: