Reklam resmi
Reklam resmi

Azərbaycan və Niderland müzakirələr edib 

Azərbaycan və Niderland müzakirələr edib 
Siyasət, Xarici siyasət

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin nümayəndələri və Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq görüş zamanı mina çirklənməsinin humanitar nəticələrini və bu sahədə beynəlxalq əməkdaşlığı müzakirə ediblər.

Ajans.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Görüş zamanı tərəflər Azərbaycanda minalarla çirklənmənin humanitar nəticələrini, minatəmizləmə işlərinin mövcud vəziyyətini, əhalinin mina təhlükəsi riskləri barədə maarifləndirilməsi təşəbbüslərini, eləcə də mina qurbanlarının qarşılaşdığı problemləri müzakirə ediblər. Təşkilatın nümayəndələri həmçinin əvvəlki illərdə həyata keçirilmiş layihələrin və bu sahədə hazırlanmış hesabatların icmalını təqdim ediblər", - məlumatda qeyd olunub.

Tərəflər qlobal minalara qarşı fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və Azərbaycanın mina probleminin miqyasını nəzərə alaraq, onun həllində dəstəyin gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Qeyd edilir ki, görüş konstruktiv atmosferdə keçib, tərəflər gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Mövzular:
azərbaycan niderland müzakirə mina

Digər Xəbərlər