Reklam resmi
Reklam resmi

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ
Cəmiyyət

Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 1-i saat 10:00-dan işlər başa çatanadək Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.  

“Azəriqaz”danAjans.az-a verilən məlumata görə, fasilə Nizami rayonunun Keşlə qəsəbəsini, Sabunçu rayonunun isə Maştağa qəsəbəsini, Yeni Sahə, Subtropik Sovxoz, Konserv Zavodu və Daş Karxanası yaşayış massivlərini əhatə edəcək.

Mövzular:
qaz azəriqaz bakı

Digər Xəbərlər