"Brent" yenidən 80 dolları keçdi
ABŞ və İran arasında əldə olunan razılaşma və Hörmüz boğazının yenidən açılması fonunda neft qiymətlərində həftəlik ucuzlaşma davam etsə də, cümə günü axşam saatlarında kotirovkalar mülayim artım göstərib.
Ajans.az xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin avqust fyuçersləri 0,41 faiz bahalaşaraq bir barel üçün 80,18 dollara yüksəlib, WTI markalı neftin iyul fyuçersləri isə 0,33 faiz artaraq 76,85 dollar olub.
Mövzular: