Bu kurort şəhərində hava limanı BAĞLANDI
Rusiyanın Krasnodar diyarında yerləşən kurort şəhəri Gelendjikdəki hava limanı iyunun 19-u səhər saatlarında fəaliyyətini müvəqqəti dayandırıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəsmi Telegram kanalında məlumat verilib.
Məlumata görə, təyyarələrin eniş və uçuşlarına qoyulan məhdudiyyətlər Moskva vaxtı ilə saat 08:49-da qüvvəyə minib. Məhdudiyyətlərin tətbiq olunma səbəbi açıqlanmayıb.
Bundan əlavə, Soçi hava limanı da həmin gün saat 04:15-dən 05:09-dək fəaliyyətini dayandırıb. Bildirilir ki, pilotsuz uçuş aparatları (PUA) təhlükəsi ilə əlaqədar son günlər bölgədə hava nəqliyyatının fəaliyyətində ciddi çətinliklər yaranıb.
Nəticədə bir sıra reyslər gecikib, bəzi uçuşların qrafikində isə dəyişikliklər edilib.
Hazırda hava limanlarının fəaliyyətinin tam bərpası ilə bağlı əlavə məlumat verilməyib.
Mövzular: