Azərbaycan düyü idxalını azaldıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 20.3 milyon ABŞ dolları dəyərində 23 min ton düyü idxal edib.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu göstərici illik müqayisədə dəyər baxımından 21,1% azdır.
Bu dövrdə düyü idxalı ölkənin ümumi idxalında 0,30% paya malik olub.