Reklam resmi
Reklam resmi

Son dəqiqədə vurduğu qolla rəqibini MƏĞLUB ETDİ

Son dəqiqədə vurduğu qolla rəqibini MƏĞLUB ETDİ
Dünya

Qana millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində ilk qələbəsini qazanıb.

Ajans.az xəbər verir ki, L qrupunun birinci turu çərçivəsində keçirilən görüşdə Qana yığması Panama üzərində 1:0 hesablı qələbə qazanıb. Qarşılaşma Kanadanın Toronto şəhərində yerləşən BMO Field stadionunda baş tutub.

Matçın taleyini həll edən yeganə qol ikinci hissəyə əlavə olunmuş vaxtın beşinci dəqiqəsində vurulub. Qanalı yarımmüdafiəçi Kaleb Yirenki rəqib qapısına yol taparaq komandasına üç xal qazandırıb.

Bu nəticədən sonra Qana aktivinə üç xal yazdıraraq L qrupunda ikinci pilləyə yüksəlib. Panama isə xalsız olaraq üçüncü yerdə qərarlaşıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qana millisi 2026-cı il dünya çempionatı

Digər Xəbərlər