Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb
Rusiyanın Moskva vilayətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Ajans.az xəbər verir ki, təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.
Qeyd olunub ki, Sergiyev-Posad şəhər dairəsində enişə yaxınlaşarkən yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Yerə çırpıldıqdan sonra hava gəmisində yanğın baş verib.
Qəzanın mümkün səbəblərindən biri kimi pilot səhvi nəzərdən keçirilir.
Mövzular: