Rusiya 103 Kanada vətəndaşına ölkəyə girişi qadağan edir
Rusiya daha əvvəl Kanada tərəfindən tətbiq edilən sanksiyalara cavab olaraq nazirlər və parlament üzvləri də daxil olmaqla, bu ölkənin 103 vətəndaşının Rusiyaya girişini qadağan edir.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
"Mark Karni kabinetinin Rusiyaya qarşı sanksiyalarına cavab tədbiri olaraq fəaliyyətləri, ilk növbədə, Kanada parlamentində ölkəmizin konstitusiya quruluşunun və xarici siyasət kursunun qaralanmasına yönəlmiş, eləcə də suveren Rusiya dövlət aktivlərinin müsadirəsi tapşırığına tabe edilmiş 103 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi daimi əsasda qadağan edilir", - XİN-dən bildirilib.
Mövzular: