Reklam resmi
Reklam resmi

Rusiyanın hücum etdiyi tarixi kilsədən GÖRÜNTÜLƏR

Rusiyanın hücum etdiyi tarixi kilsədən GÖRÜNTÜLƏR
Dünya

Dünən Rusiyanın Kiyevə həyata keçirdiyi növbəti raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində Kiyev-Peçersk Lavrasının ərazisində güclü yanğın baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib. Onun sözlərinə görə, Lavra ərazisində yerləşən tikililərdə yanğın qeydə alınıb və ilkin ehtimala görə, buna birbaşa zərbə səbəb olub.

Tkaçenko bildirib ki, hazırda dəymiş ziyanın miqyası müəyyənləşdirilir və təhlükəsizlik tədbirləri gücləndirilib.

“Əməliyyat məlumatlarına əsasən, Lavra ərazisində ciddi dağıntılar var və güclü yanğın davam edir”, – deyə o qeyd edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kiyev-Peçersk Lavrası Rusiya Kiyev Ukrayna

Digər Xəbərlər