Reklam resmi
Reklam resmi

Bu ölkə Rusiya ilə MÜHARİBƏYƏ HAZIRLAŞIR

Bu ölkə Rusiya ilə MÜHARİBƏYƏ HAZIRLAŞIR
Dünya
813

Hollandiya ordusu son 30 ildən sonra ilk dəfə olaraq hərbi əsir düşərgəsinin qurulması üzrə genişmiqyaslı təlimlər keçirir.

Ajans.az xarici mediaya istinadən xəbər veirr ki, təlimlər Qroningen əyalətində yerləşən Marnehuizen poliqonunda baş tutur. Burada mümkün müharibə şəraitində 2 minə qədər hərbi əsirin saxlanıla biləcəyi düşərgənin fəaliyyəti sınaqdan keçirilir.

Bildirilir ki, düşərgə cəmi bir həftə ərzində qurula bilər. Layihədə hərbçilərlə yanaşı, iri tədbirlər və festivallar üçün infrastruktur yaradan mülki podratçıların da iştirakı nəzərdə tutulur.

Yeni düşərgələr ənənəvi hərbi əsir düşərgələrindən fərqlənəcək. Təhlükəsizlik müşahidə qüllələri əvəzinə müasir texnologiyalar vasitəsilə təmin ediləcək. Ərazi kameralar və pilotsuz uçuş aparatları ilə nəzarətdə saxlanılacaq, bütün görüntülər real vaxt rejimində izlənəcək.

Əsirlərin iki mərtəbəli çarpayılarla təchiz olunmuş kiçik kazarmalarda yerləşdirilməsi planlaşdırılır. Onların yeməkxana, tibb məntəqəsi, idman zonaları və ümumi duşlardan istifadə etmələrinə imkan veriləcək. Mobil telefon və digər elektron cihazlar müsadirə olunacaq, lakin ailələri ilə məktub vasitəsilə əlaqə saxlaya biləcəklər.

Niderland Quru Qoşunlarının Əməliyyat Dəstək Komandanlığının rəhbəri, general Nikol de Volf bildirib ki, əsirlərin yaşayış şəraiti beynəlxalq humanitar hüququn tələblərinə uyğun təşkil olunacaq.

Onun sözlərinə görə, bu cür təlimlər sonuncu dəfə Soyuq müharibə dövründə keçirilib. General qeyd edib ki, son onilliklərdə Hollandiya ordusu çoxsaylı hərbi əsirlərin saxlanılması təcrübəsini faktiki olaraq itirib və hazırkı təlimlər bu bacarıqların bərpasına yönəlib.

Mətbuatın məlumatına görə, təlimlər Rusiya ilə mümkün hərbi qarşıdurma ssenarilərinə hazırlıq çərçivəsində keçirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hollandiya Rusiya Ukrayna

Digər Xəbərlər