Reklam resmi
Reklam resmi

Rusiyaya HÜCUM: ÖLƏNLƏR VAR

Rusiyaya HÜCUM: ÖLƏNLƏR VAR
Dünya
870

Rusiyanın Tula vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində üç nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hücum ötən gecə Tula şəhər dairəsinin yaşayış məntəqələrindən birinə edilib. Nəticədə Yamnı, Maslovo, Mixalkovo və İnşinski kəndlərində bir neçə fərdi yaşayış evi və kommersiya obyektinə ziyan dəyib.

Hadisə zamanı üç nəfər həyatını itirib. Yaralananlar arasında bir yaşlı uşağın da olduğu bildirilir.

Hazırda hadisə yerində təcili yardım xidmətlərinin əməkdaşları, regional hökumət nümayəndələri və yerli icra strukturlarının rəsmiləri çalışırlar.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev vəziyyətin nəzarətdə saxlanılması və nəticələrin aradan qaldırılması məqsədilə hökumət nəzdində xüsusi işçi qrupunun yaradıldığını açıqlayıb.

Hücumun nəticələri və dəymiş ziyanın həcmi ilə bağlı araşdırmalar davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər