Reklam resmi
Reklam resmi

Netanyahu: “Mən baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq”

Netanyahu: “Mən baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq”
Dünya

İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqton və Tehran arasında davam edən danışıqlara münasibət bildirərək, İranın nüvə silahı əldə etməsinə qəti şəkildə qarşı olduğunu bir daha bəyan edib.

Ajans.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Netanyahu İsrail hökumətinin mövqeyini təkrarlayaraq bildirib: “Mən İsrailin baş naziri olduğum müddətcə İranın nüvə silahı olmayacaq”.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampla bu məsələdə tam razılıq mövcuddur və tərəflər İranın nüvə proqramı ilə bağlı oxşar mövqe sərgiləyir.

Netanyahu qeyd edib ki, o, artıq 30 ildən çoxdur İranın nüvə proqramına qarşı beynəlxalq səylərdə iştirak edir və bu siyasətin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Baş nazir əlavə edib ki, İranın məqsədi İsrailə qarşı təhlükə yaratmaqdır və bu səbəbdən ölkəsinin təhlükəsizliyi onun əsas prioritetlərindən biri olaraq qalır.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Binyamin Netanyahu İran

Digər Xəbərlər