Reklam resmi
Reklam resmi

Taksi pulunu ödəməmək üçün avtomobildən TULLANDI

Taksi pulunu ödəməmək üçün avtomobildən TULLANDI
Dünya

Braziliyada taksi sərnişininin qeyri-adi hərəkəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Ajans.az xəbər verir ki, qadın təxminən 2 dollar məbləğində olan gediş haqqını ödəməmək üçün avtomobil hərəkətdə olarkən qəfildən qapını açaraq maşından düşüb. Hadisə nəticəsində xəsarət alıb-almadığı barədə məlumat verilməyib.

Kadrlarda sərnişinin ödəniş etməkdən imtina etdiyi və daha sonra riskli addım ataraq nəqliyyat vasitəsini tərk etdiyi görünür.

Hadisə sosial media istifadəçiləri arasında qızğın müzakirələrə səbəb olub. Bir çoxları qadının davranışını təəccüblə qarşıladıqlarını bildirərək, hərəkətdə olan avtomobildən düşməyin ciddi xəsarətlərə və hətta faciəvi nəticələrə səbəb ola biləcəyini vurğulayıblar.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Leyla Bayandurlu
Mövzular:
Braziliya taksi

Digər Xəbərlər