Avstraliyanın cəmi iki nəfər əhalisi olan ən kiçik şəhəri Kuladdi satışa çıxarılıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, şəhər 400 min Avstraliya dollarına (təxminən 280 min ABŞ dolları) yeni sahib axtarır.
Bildirilir ki, şəhərdə yaşayan yeganə iki sakin – iki qadın əmlaklarını satmaq qərarına gəlib. Satış paketinə yaşayış evi ilə yanaşı, dörd otaqlı motel, mağaza, pab və dördulduzlu restoran da daxildir.
Daşınmaz əmlak şirkətinin nümayəndəsi Bekki Casmanın sözlərinə görə, şəhəri satın alan şəxs faktiki olaraq Kuladdinin “qeyri-rəsmi meri” statusunu əldə etmiş olacaq.
Qeyd edək ki, Kuladdi Avstraliyanın ən seyrək məskunlaşmış yaşayış məntəqələrindən biri hesab olunur və uzun illərdir ölkənin ən kiçik şəhəri kimi tanınır.