Məşhur aktrisa bu reklama görə TƏNQİD EDİLİR
Hollivud aktrisası Qvinet Peltrou İsraildə inşa olunan lüks yaşayış kompleksi layihəsinin reklamında iştirak etdikdən sonra sosial şəbəkələrdə və ictimaiyyət arasında tənqid hədəfinə çevrilib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, aktrisanın layihənin kampaniyasında yer alması bəzi pərəstişkarlar və tanınmış şəxslər tərəfindən mənfi qarşılanıb.
Tənqidçilər hesab edirlər ki, İsrailin Qəzza da və Qərb Şəriyədəki fəaliyyəti ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə belə bir layihənin reklamında iştirak etmək həssas məsələdir. Bəzi istifadəçilər Peltrounun bu addımını "vəziyyətə qarşı laqeyd yanaşma" kimi qiymətləndiriblər.
Digər tərəfdən, aktrisanın tərəfdarları onun kommersiya layihəsində iştirak etdiyini və bunun siyasi mövqe kimi qiymətləndirilməsinin doğru olmadığını bildirirlər.
Qeyd edək ki, nə Qvinet Peltrou, nə də layihənin təşkilatçıları səsləndirilən tənqidlərə hələlik rəsmi münasibət açıqlamayıblar.
Gwyneth Paltrow stars in new campaign for Israel luxury housing development ‘51PARK’ in Herzliya. pic.twitter.com/otQlxBEMwk
— Pop Base (@PopBase) June 10, 2026