Reklam resmi
Reklam resmi

Rusiyada hərbçiyə QƏTL SİFARİŞ EDİLİB

Rusiyada hərbçiyə QƏTL SİFARİŞ EDİLİB
Dünya

Moskvada Rusiya Müdafiə Nazirliyinin əməkdaşına qarşı hazırlanmış sifarişli qətlin qarşısı alınıb.

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti-yə istinadən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyü iddia edilən 1990-cı il təvəllüdlü əcnəbi vətəndaş saxlanılıb. FSB-nin versiyasına əsasən, həmin şəxs 2026-cı ilin fevralında Rusiyaya göndərilib və ona Rusiya hərbçisinə qarşı sui-qəsd həyata keçirmək tapşırılıb.

İstintaqın məlumatına görə, şübhəli kuratorunun verdiyi koordinatlar əsasında gizlədilmiş yerdən səsboğuculu PM markalı tapança və 16 patron götürüb. Daha sonra o, hədəf seçilən hərbçinin yaşadığı və işlədiyi ünvanlarda müşahidə apararaq kəşfiyyat fəaliyyəti həyata keçirib.

FSB bildirir ki, saxlanılan şəxs Avropa İttifaqı ölkələrindən birində işə götürülüb. İddialara görə, o, öz ölkəsində cinayət məsuliyyətindən yayınmağa çalışıb və qarşılığında ona Avropa İttifaqında qaçqın statusu və qanuni yaşayış imkanı vəd edilib.

Rusiya xüsusi xidmət orqanlarının məlumatına əsasən, saxlanılan şəxs ittihamlarla bağlı ifadə verib.

Faktla bağlı araşdırma davam etdirilir. Qeyd edək ki, məlumat yalnız Rusiya tərəfinin açıqlamasına əsaslanır və iddialarla bağlı digər mənbələrdən təsdiq verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Moskva Rusiya Müdafiə Nazirliyi

Digər Xəbərlər