Reklam resmi
Reklam resmi

Qadın xəyanətə görə həyat yoldaşını və körpəsini ÖLDÜRDÜ

Qadın xəyanətə görə həyat yoldaşını və körpəsini ÖLDÜRDÜ
Dünya

Özbəkistanın Sırdərya vilayətinin Şirin şəhərində baş verən qanlı hadisə iki nəfərin ölümü ilə nəticələnib. Bir qadın partnyorunun həyat yoldaşını və iki azyaşlı övladını bıçaqlamaqda şübhəli bilinir.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə aprelin 29-da, təxminən saat 17:00 radələrində baş verib. Saat 18:20-də isə şəhər polis idarəsinə hadisə ilə bağlı məlumat daxil olub.

İstintaqın ilkin versiyasına əsasən, şübhəli N.X. ilə onun partnyoru A.S. arasında qısqanclıq zəminində münaqişə yaranıb. Daha sonra qadın mətbəx bıçağı götürərək partnyorunun yaşadığı evə gedib və orada onun qanuni həyat yoldaşı M.S.-yə, eləcə də iki azyaşlı qızı – Ş.S. və İ.S.-yə çoxsaylı bıçaq zərbələri endirib.

Nəticədə qadın və onun beş yaşlı qızı aldıqları xəsarətlərdən həyatını itiriblər. Üç yaşlı qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və həkimlərin nəzarəti altındadır.

Hadisədən sonra şübhəli şəxs qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yerli KİV-lərin məlumatına görə, qətlə yetirilən qadının səkkiz yaşlı oğlu və 20 günlük körpəsi də daxil olmaqla dörd övladı olub.

Faktla bağlı Sırdərya Vilayət Prokurorluğu tərəfindən Özbəkistan Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci hissəsinin müvafiq bəndləri üzrə – iki və ya daha çox şəxsin qəsdən öldürülməsi və xüsusi amansızlıqla törədilən qətl maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq bildirib ki, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib və hazırda hadisənin bütün halları üzrə istintaq davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Özbəkistan Sırdərya vilayəti qətl

Digər Xəbərlər