Qazaxıstanda DƏHŞƏT: Çantada yeni doğulmuş körpə TAPILDI
Qazaxıstanda iki məktəbli qızın diqqətliliyi yeni doğulmuş körpənin həyatını xilas edib.
Ajans.az xarici medaya istinadən xəbər verir ki,məktəblilər küçədə ağacın altında qoyulmuş və hərəkət edən çanta görüblər. Şübhələnən qızlar çantanın içərisinə baxmağa qərar veriblər.
Onlar çantanın içində yeni doğulmuş körpənin olduğunu aşkar ediblər. Hadisədən dərhal sonra aidiyyəti qurumlara məlumat verilib və körpə təcili olaraq xəstəxanaya çatdırılıb.
Həkimlərin nəzarətinə götürülən uşağın vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Qeyd olunur ki, məktəbli qızların ayıq-sayıqlığı və operativ davranışı sayəsində körpənin həyatı xilas edilib.
Faktla bağlı araşdırma aparılır, körpəni həmin ərazidə tərk edən şəxsin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Mövzular: