İran Hörmüzlə bağlı yeni plan hazırlayıb
İranın Hörmüz boğazı üzrə planı hazırdır və parlamentin açılışından sonra baxılacaq.
Ajans.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan İsmayıl Kövsəri yerli mediaya müsahibəsində deyib.
"Bu sahədə bütün tədbirlər, ekspert yoxlamaları aparılıb və Milli Təhlükəsizlik Komissiyası öz işini başa çatdırıb", - o bildirib və əlavə edib ki, Fars körfəzi ölkələri ABŞ-nin regionun imkanlarından sui-istifadəsinə mane olmalıdır.
Mövzular: