Reklam resmi
Reklam resmi

Ermənistanda bu seçki məntəqəsinin nəticələri LƏĞV OLUNACAQ

Ermənistanda bu seçki məntəqəsinin nəticələri LƏĞV OLUNACAQ
Dünya

Ermənistanda keçirilən parlament seçkilərindən sonra "Güclü Ermənistan" bloku Artaşat şəhərində yerləşən bir seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini tələb edib.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan məlumat verib.

Onun sözlərinə görə, söhbət Artaşatdakı 12/13 saylı seçki məntəqəsindən gedir. Təxminən saat 18:00 radələrində seçki prosesində iştirak edən partiyalardan birinə aid bülletenin çatışmadığı müəyyən edilib.

"İtkin düşən bülleten 8 nömrəli — Milli Demokrat Qütb Partiyasına məxsus bülleten olub", – deyə Hovakimyan bildirib.

MSK sədri qeyd edib ki, problem seçicilərdən birinin həmin bülleteni tələb etməsi zamanı aşkarlanıb.

Qeyd edək ki, seçkilərdə iştirak edən siyasi qüvvələrin sayına uyğun olaraq seçicilərə 18 bülleten təqdim olunub və onlar səs vermək üçün həmin bülletenlərdən birini seçki qutusuna atıblar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan "Güclü Ermənistan"

Digər Xəbərlər