Reklam resmi
Reklam resmi

Müğənnini həddindən artıq arıqlaması narahatlıq doğurur

Müğənnini həddindən artıq arıqlaması narahatlıq doğurur
Dünya

Pop ulduz Ariana Qrandenin yaxın çevrəsi onun son dövrlərdəki fiziki vəziyyəti və intensiv qrafiki ilə bağlı narahatlıq ifadə edir.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, üğənni hazırda “Eternal Sunshine Tour” çərçivəsində yeddi illik fasilədən sonra ilk böyük dünya turunu həyata keçirir. Tur Kaliforniyanın Oklend şəhərində başlayıb və 40 şəhəri əhatə edir.

Qərb mediasının məlumatına görə, Qrandenin ailəsi və yaxınları onun son çıxışlarında həddindən artıq arıq və yorğun göründüyünü bildirib və onun sağlamlığı ilə bağlı vəziyyəti diqqətlə izləyirlər.

Eyni zamanda, müğənninin şəxsi həyatında da dəyişikliklər baş verib. Bildirilir ki, o, “Wicked” filminin ulduzu İtan Sleyterlə münasibətini bir neçə ay əvvəl yekunlaşdırıb.

İnsayderlərin sözlərinə görə, Qrandenin son illərdə həm karyera, həm də şəxsi həyatında baş verən sürətli dəyişikliklər onun emosional və fiziki durumuna təsir edib.

Sosial şəbəkələrdə yayılan konsert görüntüləri isə bəzi pərəstişkarlar arasında narahatlıq yaradıb. Onlar müğənninin sağlamlığı ilə bağlı ehtiyatlı yanaşmanın vacibliyini vurğulayıblar.

Ariana Qrande isə bundan əvvəl verdiyi açıqlamalarda şəxsi həyatının və bədəninin ictimai şəkildə müzakirə edilməsinin düzgün olmadığını bildirib.

Məlumata görə, müğənninin yaxınları onun qrafikini daha da yüklənməməsi üçün vəziyyəti nəzarətdə saxlamağa çalışır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ariana Qrande ABŞ

Digər Xəbərlər