Rusiyada Vladimir bölgəsinə PUA HÜCUMU
Rusiyanın Vladimir vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində iki infrastruktur obyektində yanğın qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Avdeyev məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl isə Rostov vilayətində dron qalıqlarının düşməsi nəticəsində yanacaq çənində yanğın baş verdiyi bildirilmişdi.
Həmçinin Rostov vilayətinin Millerovo rayonunda yerləşən qocalar evinin sakinləri dron qalıqlarının yaratdığı yanğın təhlükəsi səbəbindən təxliyə edilir. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir.
Mövzular: