Reklam resmi
Reklam resmi

Bu ölkədə məktəblərdə mobil telefonlar QADAĞAN OLUNDU

Bu ölkədə məktəblərdə mobil telefonlar QADAĞAN OLUNDU
Dünya

İsveç növbəti tədris ilinin payızından etibarən məktəblərdə mobil telefonlardan istifadəyə tam qadağa tətbiq edəcək. Uzun illər təhsildə rəqəmsal texnologiyaların geniş tətbiqi ilə tanınan ölkə indi daha ənənəvi tədris metodlarına üstünlük verməyə başlayıb.

Ajans.az xəbər verir ki, mərkəz-sağ koalisiya hökuməti 2023-cü ildən etibarən şagirdlərin oxu vərdişlərini gücləndirmək və ekran qarşısında keçirdikləri vaxtı azaltmaq məqsədilə bir sıra tədbirlər həyata keçirir. Xüsusilə məktəbəqədər və ibtidai təhsil səviyyəsində kağız kitablara və klassik tədris vasitələrinə üstünlük verilir.

İsveç Parlamentinin (Riksdaq) Təhsil Komitəsinin sədri Joar Forsell bildirib ki, ölkədə savadlılıq səviyyəsində, xüsusilə də kiçik yaşlı şagirdlər arasında nəzərəçarpacaq geriləmə müşahidə olunur.

“Biz ekranları təhsil prosesindən uzaqlaşdırırıq, çünki hesab edirik ki, kitablar və ənənəvi tədris metodları uşaqlar üçün daha faydalıdır”, – deyə Forsell qeyd edib.

İsveçin bu qərarı təhsildə smartfon və digər rəqəmsal cihazların istifadəsinə münasibətdə dünyada formalaşan yeni tendensiyanın bir hissəsi kimi qiymətləndirilir. Son illərdə bir çox ölkədə məktəblərin planşet və noutbuklarla təchiz edilməsinə baxmayaraq, valideynlər və müəllimlər arasında rəqəmsallaşmanın mənfi təsirləri ilə bağlı narahatlıqlar artır.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsveç məktəblər mobil telefonlar qadağa

Digər Xəbərlər