Reklam resmi
Reklam resmi

Yaponiyada ayıya görə 100 məktəb bağlanıb

Yaponiyada ayıya görə 100 məktəb bağlanıb
Dünya

Yaponiyanın Utsunomiya şəhərində ayının şəhər ərazisində görünməsi səbəbindən təxminən 100 məktəb müvəqqəti olaraq bağlanıb.

Ajans.az The Guardian qazetinə istinadən xəbər verir ki, Tokionun təxminən 100 kilometr şimalında yerləşən və yarım milyon əhalisi olan Utsunomiya şəhərinin yerli hakimiyyət orqanları şəhər parklarından birinin yaxınlığında Himalay qara ayısının görülməsindən sonra təhlükəsizlik tədbirləri görüb. Nəticədə 94 ibtidai və orta məktəbdə dərslər dayandırılıb.

Məlumata görə, ayı bir neçə gün ərzində şəhərin müxtəlif ərazilərində təhlükəsizlik kameralarına düşüb. Yaponiya mediası ölkədə bu il ayı müşahidələrinin rekord səviyyəyə — təxminən 50 min hallara çatdığını bildirib. Hadisələrin əksəriyyəti ölkənin şimal-şərq bölgələrində qeydə alınıb.

Daha sonra “Asahi” qəzeti ayının tutulduğunu yazıb. Bildirilir ki, heyvan yaşayış evlərindən birinin həyətində tapılıb və baytarlar tərəfindən sakitləşdirici dərmanla zərərsizləşdirildikdən sonra şəhərdən kənara köçürülüb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yaponiya Utsunomiya şəhəri məktəb

Digər Xəbərlər