Reklam resmi
Reklam resmi

Ermənistanda müxalifət liderinə qarşı cinayət işi açılıb

Ermənistanda müxalifət liderinə qarşı cinayət işi açılıb
Dünya

Ermənistanda seçkilərdən sonra müxalifət partiyasının lideri Qaqik Tsarukyana qarşı cinayət işi açılıb.

Ajans.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan Telegram kanalı Baş Prokurorluğa istinadən məlumat yayıb.

Məlumata görə, Tsarukyana qarşı irəli sürülən ittiham külli miqdarda vergidən yayınma ilə bağlıdır. Baş Prokurorluğun açıqlamasında “Qaqik Tsarukyana qarşı cinayət işi açılıb” ifadəsi yer alıb.

Xatırladılır ki, Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası əvvəlcə 4 faizlik seçki baryerini keçmiş kimi görünsə də, daha sonra Mərkəzi Seçki Komissiyasının elektron səslərin yenilənmiş nəticələri əsasında parlamentə düşə bilməyib.

Yenilənmiş nəticələrə əsasən, partiya səslərin 3,996 faizini toplayaraq parlamentə keçmək üçün tələb olunan həddən 59 səs geri qalıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Qaqik Tsarukyan

Digər Xəbərlər