Aİ İrana yeni sanksiyalar tətbiq etdi
Avropa İttifaqı (Aİ) Hörmüz boğazında gəmiçiliyin təhlükəyə atılması ilə əlaqədar iki nəfər və bir quruma qarşı sanksiya tətbiq edib.
Ajans.az xəbər verir ki, Aİ Şurasının yaydığı məlumata görə, sanksiyalar İranın Yaxın Şərqdə sərbəst gəmiçiliyə təhdid yaradan fəaliyyətləri ilə əlaqədar genişləndirilmiş hüquqi çərçivə çərçivəsində qəbul olunub.
Bildirilib ki, bu cür addımlar beynəlxalq hüquqa ziddir və beynəlxalq boğazlardan tranzit və dinc keçid hüquqlarını pozur.
Mövzular: