Kipr və Fransa yeni hərbi müqavilə imzalayıb
Nikosiya və Paris iki ölkənin silahlı qüvvələri arasında bir-birinin ərazilərində qarşılıqlı fəaliyyət üçün hüquqi əsas yaradan müdafiə müqaviləsi imzalayıblar.
Ajans.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Sənəd Kipr müdafiə naziri Vasilis Palmas və onun fransalı həmkarı Ketrin Votrin tərəfindən Nikosiyada keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində imzalanıb.
Vasilis Palmasın sözlərinə görə, bu saziş müdafiə və təhlükəsizlik əməkdaşlığı üçün müasir bir çərçivə yaradır və hər iki ölkənin hərbi qulluqçularının bir-birinin ərazisində olduqları müddətdə hüquq və öhdəliklərini aydın şəkildə tənzimləyir.
Mövzular: