Tanınmış ictimai xadim azadlıqdan MƏHRUM EDİLİB
Rusiyanın məhkəməsi “YUKOS” şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaymaq ittihamı ilə qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Xodorkovski barəsində cinayət işi 2025-ci ilin oktyabrında başlanıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) onun Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirdiyini və Rusiyada hakimiyyətin zorla ələ keçirilməsi məqsədilə silahlı qrupların formalaşdırılmasına cəhd göstərdiyini iddia edir.
FSB-nin versiyasına görə, Xodorkovski bu məqsədlə “Rusiyanın Müharibəyə Qarşı Komitəsi” adlı təşkilat yaradıb.
Xodorkovskinin özü isə daha əvvəl ona qarşı irəli sürülən ittihamları siyasi motivli adlandıraraq rədd edib.
Mövzular: