Gərgin anlar: Tramp müsahibəni qalmaqalla tərk etdi
ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına verdiyi müsahibəni emosional şəkildə yarımçıq dayandırıb.
Ajans.az TASS-a istinadən xəbər verir ki, müsahibə zamanı Tramp aparıcı Kristen Uelkeri "satılmış olmaqda" ittiham edib.
Ağ Ev rəhbəri Kaliforniya ştatında iyunun 2-də keçirilən ilkin seçkini (praymeriz) müzakirə edərkən səslərin sayılmasının hələ də davam etdiyini vurğulayıb və yerli hakimiyyət orqanlarını saxtakarlıqda ittiham edib.
Aparıcı onun fikirləri ilə razılaşmadıqda isə Tramp Kristen Uelkeri "ya satılmış, ya da ağılsız" adlandırıb.
Mövzular: