İran ərazisindən İsrailə raket HÜCUMU
İsrail ordusu İran ərazisindən raket buraxılışını qeydə alıb.
Ajans.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, Hayfa ərazisi də daxil olmaqla, İsrailin şimalındakı bir çox ərazidə hava hücumu xəbərdarlığı edilib.
Bildirilib ki, hava hücumundan müdafiə qüvvələrinin hava hədəfləri dəf etməyə başlayıb.
Mövzular: