Beynəlxalq Kosmik Stansiyasında hava sızması aşkar edilib
Rusiya Federal Kosmik Agentliyi — Roskosmos Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiyaya məxsus Zvezda modulunda iki ayrı hava sızmasının aşkar edildiyini bildirib.
Ajans.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, rusiyalı kosmonavtlar Zvezda modulunun digər hissələrə keçidi təmin edən əlaqə bölməsində yoxlama işləri aparıblar. Yoxlama zamanı iki potensial hava sızması nöqtəsi müəyyən edilib.
Bildirilib ki, ilk sızma nöqtəsi “Germetall-1” adlı xüsusi möhürləyici material vasitəsilə bağlanıb. İkinci sızma nöqtəsinin aradan qaldırılması üçün isə hazırlıq işləri davam etdirilir.
Mövzular: